“AGRO UNİON” MMC 2-3 may tarixində ilk dəfə keçiriləcək “Türk Dövlətləri İqtisadi Forumu”-da tərəfdaşlardan biri kimi iştirak edəcək.
Dünyada ilk dəfə baş tutacaq “Türk Dövlətləri İqtisadi Forumu”na Azərbaycan ev sahibliyi edəcək.
“Türk Dövlətləri İqtisadi Forumu”təkcə yerli və xarici şirkət və investorları deyil, bir çox mədəniyyətləri bir araya gətirəcəkdir. Bu da biznes fəaliyyəti ilə məşğul olanlar üçün yeni təcrübə və iqtisadi böyümə deməkdir.
Forum 2-3 may tarixlərində Baku Marriott Boulevard Hotel-də baş tutacaqdır. Layihə çərçivəsində rəsmilərin çıxışları, panel müzakirələri, türk dövlətlərinin tarixinə məxsus musiqili hissə, B2B və B2G görüşlər və info-turların həyata keçirilməsi planlaşdırılıb.
Forumda Turan ölkələri ilə yanaşı (Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırgızıstan, Özbəkistan, Macarıstan) Səudiyyə Ərəbistan, Küveyt, Qətər, Misir, Rusiya və Yaponiyadan investorların iştirakı nəzərdə tutulub.
Ətraflı məlumat üçün keçid linki
www.tcef.az