logotype
  • Əsas
  • Haqqımızda
  • Xidmətlər
  • Xəbərlər
  • Əlaqə
  • English
  • Русский
logotype
  • Əsas
  • Haqqımızda
  • Xidmətlər
  • Xəbərlər
  • Əlaqə
  • English
  • Русский
  • Əsas
  • Haqqımızda
  • Xidmətlər
  • Xəbərlər
  • Əlaqə
  • English
  • Русский
logotype
logotype
  • Əsas
  • Haqqımızda
  • Xidmətlər
  • Xəbərlər
  • Əlaqə
  • English
  • Русский
SƏRGİ
HomeArchive by Category "SƏRGİ"

Category: SƏRGİ

Sayt-cover-2[1]
SƏRGİ
May 7, 2024

İlk dəfə ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” keçirildi.

2- may tarixində Türk Dövlətləri Təşkilatının (TDT), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” keçirildi.

Forumda “Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti” adlı 2-ci panel görüşü baş tutdu. Panelin moderatoru qismində Dəstək Group idarə heyətinin sədri Sakit Səmədov, spikerləri qismində isə Millət vəkili Məzahir Əfəndiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov, Türk Dünyası Tarım Birliyinin rəhbəri Doğan Başaran, Kapital Bankın Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev, AGRO UNİON MMC – nin direktoru Vidadi Məmmədov, Logistika Xidmət Təchizatçıları Assosiasiyasının sədri Kayıhan Özdemir Turan iştirak edirdi.

Forumun əsas məqsədi ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək və türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi idi.

Qeyd edək ki, forum Kapital Bank, Caspian Kapital Group, Unimetal və Gemza Holdingin maliyyə dəstəyi, CEO Platform, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB), Türk Dünyası Tarım Birliyi və Yazılım Sanayicileri Dərnəyinin (YASAD) və OSTİM-in təşkilati dəstəyi ilə keçirilib.

#kobska #kobska2024 #tcef #TürkDövlətləriİqtisadiForumu #TDİF #sahibkarlıq #business #BiznesForum

READ MORE
media-img-20240502-wa0223-eohzm3sy0pj72q8fi5b4
CARGOSƏRGİ
May 7, 2024

Bakıda “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirildi

Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkədə “Türk Dövlətləri İqtisadi Forumu” keçirildi.

Forumun açılış mərasimi İlham Əliyevin türk dünyasına aid fikirlərini əks etdirən video çarx ilə başladı.

Daha sonra Türk Dövlətləri Təşkilatının baş katibinin köməkçisi Ömər Kocamanın forum iştirakçılarına müraciəti nümayiş olundu.

Ümumilikdə KOB Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərovanın moderatorluğu ilə baş tutan açılış mərasimində Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Türkiyə Respublikasının keçmiş Təhsil Naziri, hal-hazırda Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri Mahmut Özer xüsusi qonaq qismində çıxış etdilər.

Daha sonra forum panel müzakirələri ilə davam edib. “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi” adlı birinci panel millət vəkili Nigar Arpadarainin moderatorluğu ilə baş tutub.

Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Cahid Bağçı, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzvü, millət vəkili Cavanşir Feyziyev, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, TADİV rəhbəri Aygün Attar, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və Prof.Dr.Mustafa Aydın panel müzakirəsində spiker qismində çıxış ediblər.

Forum türk dövlətləri arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyır.

Forumda “Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını – Qadın sahibkarlığının inkişafı”, “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq – Brendləşmə, Françayzinq” başlıqlı 3 panel də keçirilib. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş mütəxəssislər çıxış edib.

Ümumiilikdə forumda qonaq qismində çoxsaylı dövlət rəsmisi, türk dövlətlərindən millət vəkilləri və s. şəxslər iştirak edib.
Forum Kapital Bank, Caspian Kapital Group, Unimetal və Gemza Holdingin maliyyə dəstəyi, CEO Platform, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB), Türk Dünyası Tarım Birliyi və Yazılım Sanayicileri Dərnəyinin (YASAD) təşkilati dəstəyi ilə keçirildi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də (KOBİA) forumun rəsmi tərəfdaşlarından biri idi.

Forum çərçivəsində 12 şirkət öz stendlərində məhsul və xidmətlərini sərgiləyib.

Qeyd edək ki, tədbirdə ümumilikdə 600-dan çox yerli və xarici sahibkarlar, media nümayəndələri, iş adamları və rəsmilər iştirak edib.

Forum hər il müxtəlif türk dövlətlərində davamlı olaraq keçiriləcək.

READ MORE
WhatsApp Image 2024-05-04 at 19.56.53
CARGOSƏRGİ
May 7, 2024

“Agro Union” şirkəti sponsor oldu.

Ölkəmizdə ilk dəfə keçirilən Türk Dövlətləri İqtisadi Forumunun sponsorlarından biri də “Agro Union” şirkəti oldu.

READ MORE
438811151_17870185122077543_5498476191710440963_n
SƏRGİ
Aprel 28, 2024

Türk Dövlətləri İqtisadi Forumunda şirkətimizin direktoru Vidadi Məmmədov spikerlərdən biri olacaqdır.

Ölkəmizdə ilk dəfə keçiriləcək Türk Dövlətləri İqtisadi Forumunda şirkətimizin direktoru Vidadi Məmmədov spikerlərdən biri olacaqdır.
“AGRO UNION” MMC olaraq, Türk Dövlətləri İqtisadi Foruma uğurlar diləyirik!


📌 Ətraflı məlumat üçün:
🌐 www.tcef.az
📱+994 51 230 39 35 ; +994 99 899 79 01
📅 2-3 May
📍 Baku Marriott Boulevard

#türkdövlətləriiqtisadiforumu #türkdevletleriekonomiforumu #türkdünyası #forum #franchiseazerbaijan #kobska #tdif2024 #tcef2024

READ MORE
Sayt-cover-2[1]
SƏRGİ
Aprel 24, 2024

Türk Dövlətləri İqtisadi Forumu

“AGRO UNİON” MMC 2-3 may tarixində ilk dəfə keçiriləcək “Türk Dövlətləri İqtisadi Forumu”-da tərəfdaşlardan biri kimi iştirak edəcək.

Dünyada ilk dəfə baş tutacaq “Türk Dövlətləri İqtisadi Forumu”na Azərbaycan ev sahibliyi edəcək.

“Türk Dövlətləri İqtisadi Forumu”təkcə yerli və xarici şirkət və investorları deyil, bir çox mədəniyyətləri bir araya gətirəcəkdir. Bu da biznes fəaliyyəti ilə məşğul olanlar üçün yeni təcrübə və iqtisadi böyümə deməkdir.
Forum 2-3 may tarixlərində Baku Marriott Boulevard Hotel-də baş tutacaqdır. Layihə çərçivəsində rəsmilərin çıxışları, panel müzakirələri, türk dövlətlərinin tarixinə məxsus musiqili hissə, B2B və B2G görüşlər və info-turların həyata keçirilməsi planlaşdırılıb.
Forumda Turan ölkələri ilə yanaşı (Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırgızıstan, Özbəkistan, Macarıstan) Səudiyyə Ərəbistan, Küveyt, Qətər, Misir, Rusiya və Yaponiyadan investorların iştirakı nəzərdə tutulub.

Ətraflı məlumat üçün keçid linki
www.tcef.az

READ MORE

Gizlilik siyasəti | Copyright © 2024 Agro Union. All Rights Reserved |