İlk dəfə ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” keçirildi.
2- may tarixində Türk Dövlətləri Təşkilatının (TDT), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” keçirildi.
Forumda “Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti” adlı 2-ci panel görüşü baş tutdu. Panelin moderatoru qismində Dəstək Group idarə heyətinin sədri Sakit Səmədov, spikerləri qismində isə Millət vəkili Məzahir Əfəndiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov, Türk Dünyası Tarım Birliyinin rəhbəri Doğan Başaran, Kapital Bankın Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev, AGRO UNİON MMC – nin direktoru Vidadi Məmmədov, Logistika Xidmət Təchizatçıları Assosiasiyasının sədri Kayıhan Özdemir Turan iştirak edirdi.
Forumun əsas məqsədi ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək və türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi idi.
Qeyd edək ki, forum Kapital Bank, Caspian Kapital Group, Unimetal və Gemza Holdingin maliyyə dəstəyi, CEO Platform, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB), Türk Dünyası Tarım Birliyi və Yazılım Sanayicileri Dərnəyinin (YASAD) və OSTİM-in təşkilati dəstəyi ilə keçirilib.
#kobska #kobska2024 #tcef #TürkDövlətləriİqtisadiForumu #TDİF #sahibkarlıq #business #BiznesForum