AZTV-ə istinadən bildiririk ki, ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Ceyhun Bayramov: “Biz Türkiyə və Azərbaycanın iştirakı ilə olan və ölkələrimizin və bölgəmizin geniş coğrafiyasının enerji nəqliyyat logistika xəritələrini dəyişən qlobal layihələr bugünləri uğurla icra olunur və bundan sonra da uzun illər ərzində davam etdiriləcək. Bununla yanaşı olaraq bu gün xüsusi önəm hal-hazırda genişləməkdə olan layihələrə diqqət yetirildi. Xəzər bölgəsində və Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində də Azərbaycan və Türkiyə arasında çox yaxşı iş birliyi potensialı mümkündür və bu mövzu da bu gün aramızda müzakirə edildi. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin ötən il genişlənmə layihəsinin başa çatdırılması – 1 milyondan 5 milyon tona kimi artırılması, yaxın zamanda Bakı Ticarət Portunun yük aşırma qabiliyyətinin 15 milyondan 25 milyona çatdırılması bu orta dəhlizin daha böyük potensialla çalışması üçün ciddi bir əsas yaradır və hesab edirik ki, Avropa ilə Mərkəzi Asiya, Çin arasında yükdaşımaların ümumi potensialı nəzərə alaraq burada çox böyük əlavə imkanlar mövcuddur və bu mövzuda da biz bu gün fikir mübadiləsi apardıq.”
Hakan Fidan: “Ən çətin yolları ancaq qardaşlarınla gedə bilərsən. Azərbaycanla əməkdaşlığımızın mahiyyəti budur. Bizim tərəfdaşlığımız zamandan və şəraitdən asılı deyil. Bu bir mövqedir. Biz bu anlayışla Qarabağın 30 illik işğalı dövründə Azərbaycanın yanında olduq. Ən çətin günlərimizdə Azərbaycan həmişə Türkiyənin yanında olub. Nə dövlətlərimiz, nə də xalqımız heç vaxt tərəddüd etməyib. Hörmətli dostlar, hörmətli Prezidentlərimiz tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlmişdi. Biz bütün gücümüzlə müttəfiqliyimizi daha da irəli aparmağa çalışırıq. Bu səhər məni ilk dəfə cənab Cenab Prezident cənab Əliyev qəbul etdi. Qardaşım Bayramov ilə indicə ətraflı fikir mübadiləsi apardıq. Prezidentlərimizin təşviq etdiyi 15 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün daha çox çalışmalıyıq. Enerji və Nəqliyyat sahələrində ümumi mövqeyimizi qoruyub saxlamağımız da vacibdir. Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətli təhlükəsizlik təmin edir. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlərin möhkəmliyi daha da gücləndirilməlidir. Bu kontekstdə biz orta dəhlizin əsasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə fasiləsiz işləməsinə böyük əhəmiyyət veririk. Siz də bilirsiniz ki, biz Qars-Naxçıvan dəmir yolu layihəsini tez bir zamanda həyata keçirmək istəyirik. İğdır-Naxçıvan təbii qaz kəməri layihəsi də enerji əməkdaşlığımıza yeni ölçü gətirmişdir. Elektrik birləşmələrinin sağlamlığı da böyük əhəmiyyət kəsb edir. Biz Türkiyə-Azərbaycan elektrik enerjisinin birləşdirilməsini ən qısa zamanda həyata keçirmək istəyirik.”
Copyright © AZTV